Avtomobil şirkəti Azərbaycanda səhmdarlarına divident ödəyəcək

Avtomobil şirkəti Azərbaycanda səhmdarlarına divident ödəyəcək
# 20 sentyabr 2022 10:13 (UTC +04:00)

Oktyabr 20-də “Xəzər-Lada” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bu barədə "APA-Economics"ə şirkətin İdarə Heyətindən bildirilib. Məlumata görə, yığıncaqda 2022-ci ilin 1-ci yarımilliyinin maliyyə hesabatı və birinci yarımilliyinin yekununa görə dividentlərin verilməsi müzakirə ediləcək.

Qeyd edək ki, yığıncaq Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 16-cı km. ünvanda “Xəzər-Lada” ASC-nin ofisində baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR