AYİB Azərbaycan şirkətinə 5,6 mln. avro kredit ayırıb

AYİB Azərbaycan şirkətinə 5,6 mln. avro kredit ayırıb
# 30 noyabr 2022 16:00 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan şirkəti "Gemza Group" MMC-yə kredit ayırıb.

"APA-Economics" bu barədə AYİB-ə istinadən xəbər verir. Məlumata görə, Bank ümumi dəyəri 19,1 milyon avro olan üç müasir anbarın tikintisi üçün Gemza Group MMC-yə 5,6 milyon avroya qədər yüksək səviyyəli təminatlı kredit ayırıb.

Qeyd edək ki, "Gemza Group" Azərbaycanda, bəzi Orta Asiya ölkələri, BƏƏ və Türkiyədə avadanlıq (nasoslar və klapanlar) tədarükü, ehtiyat hissələri istehsalı və təmir, texniki xidmət və əsaslı təmir xidmətləri göstərən şirkətdir. Bu AYİB-in şirkətə verdiyi ikinci kreditdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR