AYİB: Azərbaycanda real gəlirlərin azalması inflyasiya təzyiqlərini azaldacaq

AYİB: Azərbaycanda real gəlirlərin azalması inflyasiya təzyiqlərini azaldacaq
# 16 may 2023 09:49 (UTC +04:00)

2023-cü ilin mart ayında Azərbaycanda inflyasiya tədricən yavaşlayıb, lakin yüksək olaraq qalıb və illik 13,8 faiz təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yaydığı hesabatda bildirilib.

AYİB qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı uçot faiz dərəcəsini artırmağa davam edib və 2023-cü ilin mart ayında onu 8,75%-ə çatdırıb.

"Real gəlir artımının son zamanlar kəskin azalması inflyasiya təzyiqlərini azaltmalıdır" - Bank əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR