AYİB ilə Gəncədə küçələrin işıqlandırılması layihəsinin icrasına dair müqavilə imzalanıb

AYİB ilə Gəncədə küçələrin işıqlandırılması layihəsinin icrasına dair müqavilə imzalanıb
# 12 sentyabr 2022 15:38 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Gəncə şəhərinin küçələrin işıqlandırılması ilə bağlı layihənin icrasına dair müqavilə imzalanıb.

"APA-Economics" xəbər verir ki, sənədə AYİB-in prezidenti Odile Renaud-Basso, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov və Gəncənin icra başçısı Niyazi Bayramov imza atıblar.

Layihə çərçivəsində şəhərin 274 küçə və prospektlərində müasir işıqlandırma sistemləri quraşdırılacaq ki, bu da elektrik enerjinin sərfiyyatında 76%-ə qədər qənaət etməyə imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR