AYİB-in Azərbaycan üzrə aktiv portfelinin həcmi artıb

AYİB-in Azərbaycan üzrə aktiv portfelinin həcmi artıb
# 28 aprel 2022 10:29 (UTC +04:00)

Bu ilin aprelin 28-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi 33 layihə üzrə 823 mln. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Bu rəqəm bank tərəfindən təqdim edilən son göstərici (fevralın 28-i) ilə müqayisədə 1,4 % artıb. Layihələrin sayı dəyişməz olaraq qalıb.
Bu barədə "APA-Economics"ə AYİB-dən bildirilib.

Qeyd olunub ki, portfelin 88%-ni (724 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 8%-ni (69mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 6%-ni (30 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 0,8% artaraq 725 mln. avro təşkil edib.
Beləliklə, AYİB bu günədək Azərbaycana 181 layihə çərçivəsində 3,390 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 86 %-i (2,917mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 12%-i özəl sektorun payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR