AYİB-in "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nə ayırdığı kreditin həcmi məlum olub - EKSKLÜZİV

AYİB-in "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nə ayırdığı kreditin həcmi məlum olub - EKSKLÜZİV
# 12 sentyabr 2022 16:25 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin yenidən qurulmasına 100 milyon dollar kredit ayırıb.

"APA-Economics"in əldə etdiyi xəbərə görə, bu, bu gün Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan İnvestisiya Holdinqi və AYİB arasında imzalanan müqavilədə (mandat məktubu) əksini tapıb.

Müqaviləni Azərbaycan tərəfdən "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov və AYİB-in Davamlı İnvestisiya Bölməsinin İcraçı Direktoru Nandita Parşad imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR