AYİB: Yüksək enerji qiymətləri yaxın perspektivdə Azərbaycanda iqtisadi artımı dəstəkləyəcək

AYİB: Yüksək enerji qiymətləri yaxın perspektivdə Azərbaycanda iqtisadi artımı dəstəkləyəcək
# 28 sentyabr 2022 10:10 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) yüksək enerji qiymətlərinin yaxın perspektivdə Azərbaycanda iqtisadi artımı dəstəkləyəcəyini proqnozlaşdırıb.

Bu barədə "APA-Economics"ə AYİB-dən bildirilib. Qeyd edilib ki, Azərbaycanda qeyri-neft sektorunun güclü göstəriciləri 2022-ci ilin ilk yeddi ayı ərzində 6,2 faiz artıma səbəb olub. Karbohidrogen qiymətlərinin artması ixrac gəlirlərini demək olar ki, iki dəfə artırıb, cari hesabda və büdcədə böyük profisit yaradıb.

Bununla belə, 2022-ci ildə Cənubi Qafqaz regionu üçün qeydə alınan güclü iqtisadi artım 2023-cü ildə azalacaq. Azərbaycan üçün qeyri-müəyyənlik həm enerji qiymətlərindən, həm də inflyasiyadan qaynaqlanır. Azərbaycan iqtisadiyyatının bu il 4,5 faiz artacağı, gələn il isə 2,5 faizə qədər yumşalacağı proqnozlaşdırılır.

"İndi inflyasiya orta hesabla Cənubi Qafqaz regionu üzrə 10 faizə düşüb ki, bu, hələ də yüksəkdir, lakin ümumilikdə AYİB regionları üzrə orta göstərici - 16,5 faizdən əhəmiyyətli dərəcədə aşağıdır", - deyə AYİB-dən əlavə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR