“AZ-PACK” şirkəti ötən ili zərərlə başa vurub

“AZ-PACK” şirkəti ötən ili zərərlə başa vurub
# 11 avqust 2022 09:59 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən qablaşdırma şirkəti “AZ-PACK” MMC ötən il üzrə maliyyə hesabatını açıqlayıb.

APA-Economics” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, MMC ötən ili xalis zərərlə başa vurub.

Belə ki, şirkətin əsas əməliyyat gəlirləri ötən il 2,953 milyon manat (2020-ci ilə nisbətən 3,2 dəfə az), satış maya dəyəri üzrə xərcləri 3,874 milyon manat (2,3 dəfə az), ümumi zərəri isə 921,3 min manat(2020-ci ildə 766,9 min manat mənfəət) olub. Bundan əlavə, “AZ-PACK” 311,3 min manat sair gəlirlər əldə edib. Son nəticədə ötən il şirkətin əməliyyat və xalis zərəri 609,9 min manat olub. Halbuki, 2020-ci ildə MMC 410,9 min manat xalis mənfəət açıqlamışdı.

Bu ilin əvvəlinə şirkətin cəmi aktivləri 22% azalaraq 9,203 milyon manata, cəmi öhdəlikləri 19,6% azalaraq 9,078 milyon manata, cəmi kapitalı isə 5,9 dəfə azalaraq 125,5 min manata enib.

Xatırladaq ki, “AZ-PACK” 2012-ci ildən fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR