"Azəralüminium" Çindən yüklərin daşınmasına görə 3 milyon manat ödəyəcək

"Azəralüminium" Çindən yüklərin daşınmasına görə 3 milyon manat ödəyəcək
# 14 noyabr 2022 10:27 (UTC +04:00)

"Azəralüminium" MMC 3264 ton bişirilmiş anod blokların Çin Xalq Respublikasının “Qujing" şəhərindən dəmir yolu vasitəsilə Gəncə stansiyasına konteynerlərlə daşınması üzrə tenderə yekun vurub.

APA-Economics” dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi "ADY Konteyner" MMC seçilib.

"Azəralüminium" gələn ilin sonuna kimi daşıma xidmətləri üzrə "ADY Konteyner"ə 2 milyon 902 min 790.8 manat ödəyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR