Azərbaycan Beynəlxalq Bankı yeni məhsulunu təqdim edib

Azərbaycan Beynəlxalq Bankı yeni məhsulunu təqdim edib
  • Clock-gray 17:44
  • calendar-gray 23 Sentyabr 2019

Müştərilərinin etibarlı tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) korporativ biznesin inkişafına dəstək məqsədilə yeni məhsulunu təqdim edib – “Şirkətlərə anında dəstək” krediti.

ABB-dən “APA-Economics”ə verilən məlumata görə, bankın hər bir korporativ müştərisi, o cümlədən kiçik və orta sahibkarlar anidən yaranan ehtiyacları üçün 100 min manata qədər krediti rahatlıqla əldə edə və ehtiyaclarını qarşıladıqdan sonra kredit borclarını tam, yaxud hissə-hissə ödəyə bilərlər.

Məlumata əsasən, “Şirkətlərə anında dəstək” kreditinin əsas üstünlüyü müştərinin müraciətindən sonra çox qısa müddətdə rəsmiləşdirilməsidir. Bundan başqa, kreditin rəsmiləşdirilməsi prosedurları da sadədir. Kreditor borclarının ödənilməsi, əmək haqqı ödənişlərinin həyata keçirilməsi, biznes fəaliyyətində gözlənilmədən ortaya çıxan xərclərin qarşılanması və s. bu kimi qısamüddətli öhdəliklərinin yerinə yetirilməsindən ötrü Bank sahibkarlara belə bir imkanı yaradır.

Qeyd edək ki, 100 min manatadək kredit 3 ayadək müddətinə 16%-dən başlayaraq illik faizlə verilir. Krediti  bankın bütün filiallarından əldə etmək mümkündür.

Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib ki, belə məhsulların yaradılmasında məqsəd sahibkarların maliyyə tərəfdaşı olaraq Azərbaycan Beynəlxalq Bankının onların maliyyə vəsaitləri ilə bağlı bütün ehtiyaclarını yerinə yetirə bilməsidir: “Qısamüddətli öhdəliklərin yaranması, biznesdə tez-tez baş verən normal bir haldır. “Şirkətlərə anında dəstək” krediti isə belə vəziyyətlərdə sahibkarları qayğıdan azad edir. Onlar Azərbaycan Beynəlxalq Bankının bu kredit məhsulundan faydalanmaqla biznes layihələrini hər hansı çətinlik yaranmadan fasiləsiz icra edə bilərlər. Korporativ biznesin inkişafına yönələn bu cür addımlarımız davamlı olacaq”.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date