Azərbaycan Beynəlxalq Bankı "Yuventus" kartlarını satışa çıxarıb

Azərbaycan Beynəlxalq Bankı "Yuventus" kartlarını satışa çıxarıb
# 25 iyun 2019 17:53 (UTC +04:00)

İtaliyanın “Yuventus” futbol klubunun regional tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankının klubla müştərək brendləşdirilmiş (“co-brand”) “Mastercard Platinum” debet kartlarını satışa çıxarıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, xüsusi dizayn və özəlliklərə malik kartları həm bankın istənilən filialında, həm də bu link vasitəsilə sifariş edib almaq mümkündür: https://www.ibar.az/az/yuventus/

“Co-brand” kartları AZN, USD və EUR hesabında açılır. 3 il müddətinə nəzərdə tutulmuş kartların sayı məhduddur (cəmi 3 min ədəd). Kart müddəti 3 il, xidmət haqqı isə cəmi 30 manatdır. Müştərilər bu kart vasitəsilə istədikləri ödəniş əməliyyatlarını həyata keçirə bilərlər. Ən əsası, kartla Azərbaycan Beynəlxalq Bankının ATM-lərində nağdlaşdırma zamanı heç bir komissiya haqqı tutulmur.

Kart “cash-back” funksiyasına da malikdir. Bütün alış-veriş məkanlarında bu kartla aparılan ödənişlərin 1%-i “cash-back” olaraq müştərinin kartına geri qayıdır. Azərbaycan Beynəlxalq Bankının “Xərclədikcə gəlir” sloqanı ilə reallaşdırdığı “Qayğıkeş” layihəsi çərçivəsində isə bankla tərəfdaş məkanlarda bu kart və bankın POS terminalları ilə aparılmış ödənişin 5%-dən 40%-dək hissəsi elə yerindəcə müştərinin hesabına geri ödənir. Kart Azərbaycan Beynəlxalq Bankının SMS Xəbərdarlıq sisteminə pulsuz qoşulur. Üstəlik, bu kartla “Yuventus” futbol komandasının rəsmi internet səhifəsində edilən hər bir alış-veriş məbləğinə 2% “cash-back” geri qayıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR