Azərbaycan buğda idxalını 42% artırıb

Azərbaycan buğda idxalını 42% artırıb
  • Clock-gray 18:08
  • calendar-gray 16 Sentyabr 2019

Bu ilin yanvar-avqust aylarında Azərbaycana ümumi dəyəri 186,2 mln. ABŞ dolları təşkil edən 852,9 min ton buğda idxal edilib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Azərbaycana idxal olunan buğdanın dəyəri 55,3 mln. dollar və ya 42,2%, həcmi isə 121,9 min ton və ya 16,7% artıb.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında buğdanın ümumi idxaldakı payı 1,86% təşkil edib.

APA-Economics

Digər xəbərlər

Arxiv

date