Azərbaycan Dünya Bankı ilə investisiya layihələrini müzakirə edib

Azərbaycan Dünya Bankı ilə investisiya layihələrini müzakirə edib
# 08 fevral 2023 17:02 (UTC +04:00)

Azərbaycan Dünya Bankı ilə potensial investisiya layihələri ilə bağlı müzakirələr aparıb.

"APA-Economics" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında bildirib.

"Bu gün Bakıda Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusla görüşüb, Dünya Bankı ilə ölkəmizin əməkdaşlığının gündəliyində olan məsələlər və potensial investisiya layihələri barədə təklifləri müzakirə etdik", - deyə nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR