Azərbaycan əhalisinin ötənilki aptek xərcləri açıqlanıb

Azərbaycan əhalisinin ötənilki aptek xərcləri açıqlanıb
# 15 yanvar 2022 12:00 (UTC +04:00)

Ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına istehlakçılar tərəfindən 952 mln. manat vəsait xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 24,8% çoxdur.

2021-ci ilin təkcə dekabr ayında satışların həcmi noyabr ayı ilə müqayisədə 8,9% artsada, 2020-ci ilin dekabr ayı ilə müqayisədə 3,3% azalaraq 100,8 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR