Azərbaycan Elm Fonduna ayrılmış vəsaitin 4,6 milyon manatı xərclənməyib

Azərbaycan Elm Fonduna ayrılmış vəsaitin 4,6 milyon manatı xərclənməyib
# 03 noyabr 2022 11:19 (UTC +04:00)

Elmin inkişafı, o cümlədən elmi tədqiqat proqramları və layihələrinin ünvanlı olaraq qrant şəklində maliyyələşdirməsinin xüsusi əhəmiyyəti nəzərə alınaraq növbəti ilin dövlət büdcəsi layihəsində Azərbaycan Elm Fonduna 4,1 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb.

Əvvəlki illərdə qrant maliyyələşdirməsi üçün ayrılmış, lakin istifadə olunmamış 4,6 milyon manat qalıq vəsaiti ilə birlikdə 2023-cü ilə Fond üçün vəsaitin ümumi məbləği 8,7 milyon manat olacaq.

Həmçinin Milli Arxiv İdarəsi üzrə 9,8 milyon manat, o cümlədən "Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2021-2025-ci illər üçün Dövlət Proqramı"nın növbəti ildə maliyyə təminatı üçün 3 milyon manat vəsait nəzərdə tutulub.

Gələn ilin dövlət büdcəsində elm xərcləri köməkçi bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 3.7 milyon manat təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR