Azərbaycan-Fransa Ticarət Palatasının sədri təltif olunub - FOTO

Azərbaycan-Fransa Ticarət Palatasının sədri təltif olunub - FOTO
# 09 iyun 2022 18:02 (UTC +04:00)

Azərbaycan-Fransa Ticarət Palatasının sədri Teybə Quliyeva Fransanın “Şərəf Legionunun Zabiti” dövlət ordeni ilə təltif olunub.

APA xəbər verir ki, Fransanın Azərbaycandakı səfiri Zakari Qross ordeni Azərbaycan-Fransa Ticarət Palatasının sədrinə təqdim edib.

Səfir çıxışında bildirib ki, təltifetmə mərasimi ən yaxşı zamana təsadüf edir: “Regionda sülh üçün real imkanlar yaranıb, Azərbaycanın güclü tərəfdaşlığı, dostları var. Azad olunan ərazilərdə yenidənqurma işləri davam edir. Azərbaycanın enerji resurslarından gələn yüksək gəlirləri var”.

Fransa səfiri Ticarət Palatasının iki ölkə arasında iqtisadi əməkdaşlığa verdiyi töhfələri qeyd edib və Ticarət Palatasının sədrinə fəaliyyətinə görə təşəkkür edib.

Teybə Quliyevə bu yüksək mükafata görə, Fransa hökumətinə təşəkkür edib.

Ticarət Palatasının sədri qeyd edib ki, iki ölkə arasında müxtəlif illərdə münasibətlərdə həssas məqamlar olsa da, ticarət əlaqələri inkişaf edən xətlə davam edib.

“Ölkələrimiz arasında əlaqələr uzunmüddətli, əsaslı əlaqələrdir”, - o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR