Azərbaycan İnvestisiya Şirkətinin investisiya portfeli 12% artıb

Azərbaycan İnvestisiya Şirkətinin investisiya portfeli 12% artıb
# 25 iyul 2022 11:08 (UTC +04:00)

Azərbaycan İnvestisiya Şirkətinin 2021-ci il üzrə investisiya portfeli 12% artıb.

APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir əlavə edib ki, son iki il ərzində qurumun əldə etdiyi xalis mənfəət 11,8 mln. manat təşkil edib.

Qeyd edək ki, "Azərbaycan İnvestisiya Şirkəti" ASC Azərbaycan Prezidentinin 2006-cı il 30 mart tarixli "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" Sərəncamı ilə yaradılıb.

AİŞ-in əsas məqsədi öz vəsaiti hesabına və digər investorları cəlb etməklə Azərbaycanın kommersiya müəssisələrinə müddətli investisiya qoyuluşları etmək və qeyri-neft sektorunun inkişafına töhfə verməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR