Azərbaycan iqtisadiyyatı ötən ilin IV rübündə 7%-dən çox böyüyüb

Azərbaycan iqtisadiyyatı ötən ilin IV rübündə 7%-dən çox böyüyüb
# 14 yanvar 2022 18:34 (UTC +04:00)

İlkin məlumatlara əsasən, 2021-ci ildə Azərbaycan iqtisadiyyatın real ifadədə 5,6% artıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, təkcə ötən ilin IV rübündə ölkədə real ÜDM 2020-ci ilin eyni rübü ilə müqayisədə 7,5% artıb.

Qeyd edək ki, 2021-ci ilin ilk rübündə Azərbaycan iqtisadiyyatı illik müqayisədə real ifadədə 1,3% azalıb, II rübdə 5,5%, III rübdə isə 8,5% artıb.

Xatırladaq ki, "APA-Economics"in Azərbaycan İqtisadiyyat Nazirliyinin real ÜDM üzrə son proqnozunun əsas ssenarisi (neftin bir barelinin ortaillik qiyməti 50 ABŞ dolları) əsasında apardığı hesablamalarına görə, 2021-ci ilin təkcə IV rübündə ölkədə ÜDM istehsalı 5,6-5,9% artmalı idi.

Qeyd edək ki, ötən ilki faktiki real artım tempi (5,6%) İqtisadiyyat Nazirliyinin proqnozunu (5,1%) üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR