Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu tədricən bərpa olunur

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu tədricən bərpa olunur
# 10 iyun 2021 12:12 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanın əsas kapitalına 4,907 mlrd. manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3 % az vəsait yönəldilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,1 %, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 7,9% azalıb. İstifadə olunmuş vəsaitin 3 392,2 mln. manatı və ya 69,1%-i məhsul istehsalı sahələrinə, 1143,2 mln. manatı (23,3%-i) xidmət sahələrinə, 371,6 mln. manatı (7,6%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 960,8 mln. manatını və ya 60,3%-ini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 287,1 mln. manatı və ya 67,0 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 61,5%, büdcə vəsaitləri 18,1%, bank kreditləri 6%, əhalinin şəxsi vəsaitləri 6,9%, sair vəsaitlər isə 7,5% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 3 752,8 mln. manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,7% az vəsait yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR