Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 23%-dən çox artıb

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 23%-dən çox artıb
# 27 iyul 2022 09:56 (UTC +04:00)

2022-ci il iyulun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 18 mlrd. 320 mln. manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, həmin ilin əvvəlinə olan göstəricidən 9,9% çoxdur.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə kredit qoyuluşları 23,3% artıb.

Qeyd edək ki, kredit qoyuluşları 2021-ci ilin ilk yarısında 14 mlrd. 856,9 mln. manat, bu ilin əvvəlinə isə 16 mlrd. 659.1 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR