Azərbaycan peyk xidmətlərinin ixracını artırıb

Azərbaycan peyk xidmətlərinin ixracını artırıb
# 30 dekabr 2021 11:44 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 41 ölkəsinə 42,3 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib, bu da illik müqayisədə 2,4% çoxdur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91%-i təşkil edib.

Məlumata görə, 2021-ci ilin noyabr ayında “Azərkosmos” dünyanın 31 ölkəsinə 3,3 mln. dolları dəyərində xidmət ixrac edib.

Qeyd olunur ki, 2021-ci ilin yanvar-noyabr ayları ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə 10,4 mln. dollar ilə ABŞ, 10 mln. dollar ilə Fransa, 8,2 mln. dollar ilə Birləşmiş Krallıq, 6,9 mln. dollar ilə Malayziya və 1,7 mln. dollar ilə BƏƏ qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR