“Azərbaycan Sənaye Sığorta”nın rəhbərliyinə yeni təyinat olub

“Azərbaycan Sənaye Sığorta”nın rəhbərliyinə yeni təyinat olub
# 05 iyun 2023 14:56 (UTC +04:00)

“Azərbaycan Sənaye Sığorta” ASC-nin rəhbərliyinə yeni təyinat olub.

Bu barədə "APA-Economics"ə sığorta şirkətindən bildirilib. Məlumata görə, “Azərbaycan Sənaye Sığorta”nın İdarə Heyəti (İH) Sədrinin müavini Afaq Cəbrayılova İH sədrinin birinci müavini təyin edilib.

Hazırda sığorta şirkətinin idarə heyətinin tərkibi sədrin birinci müavini Afaq Cəbrayılova ilə yanaşı, İH-nin sədri Orxan Əfəndiyev və İH-nin üzvü Elçin Əsədzadədən ibarətdir.

Qeyd edək ki, 11 milyon manat nizamnamə kapitalına malik olan “Azərbaycan Sənaye Sığorta”nın səhmdarları “Anadolu İnvestment Company” (95%) və “Azərbaycan Sənaye Bankı”dır (5%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR