2022-ci ilin yanvar-may aylarında Azərbaycan sığorta bazarı üzrə yığımlar 7,2% artaraq 426,6 milyon manata çatıb.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə həyata keçirilən sığorta ödənişlərin həcmi 38% azalaraq 129,03 milyon manata enib.
Sığorta bazarının zərərlilik göstəricisi isə 42% azalıb. Belə ki, bu ilin 5 ay ərzində toplanmış hər 100 manat sığorta haqqının 30,2 manatı ödəniş edilibsə, ötən ilin eyni dövründə bu rəqəm 52,3 manat olub.