Azərbaycan üçün Çevik Texniki Yardım Alətinin icrasının bir illik nəticələri nəzərdən keçirilib

Azərbaycan üçün Çevik Texniki Yardım Alətinin icrasının bir illik nəticələri nəzərdən keçirilib
# 29 mart 2023 11:06 (UTC +04:00)

Azərbaycan üçün Çevik Texniki Yardım Alətinin (AZTAF) icrasının bir illik nəticələri nəzərdən keçirilib.

"APA-Economics" xəbər verir ki, AZTAF Aİ-nın maliyyələşdirdiyi və DB-nin icra etdiyi, ümumi büdcəsi 5,25 milyon avro olan 3 illik proqramdır.

Onun məqsədi Azərbaycanın 2030-cu ilə qədər Milli Prioritetlərinə uyğun olaraq hökumətə sosial inklüzivliyi və bağlantıları genişləndirməyə, iqtisadi islahatlara təkan verməyə, dövlət sektorunun idarəçiliyini gücləndirməyə və COVID-19-dan sonra effektiv iqtisadi bərpaya nail olmağa kömək etmək üçün analitik dəstək və potensialın yaradılmasını təmin etməkdir.

AZTAF Al-nın 4 Tərəfdaşlıq Prioritetinə (institutların gücləndirilməsi və yaxşı dövlət idarəçiliyi -1, iqtisadi inkişaf və bazar imkanları -2, rəqəmsal bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlimlə bağlı tədbirlər - 3, mobillik və insanlararası təmaslar - 4) uyğun olaraq ünvanlı texniki yardım fəaliyyətlərini əhatə edir. Proqram inklüziv inkişaf, dövlət və korporativ idarəetmə, yaşıl ətraf mühit və davamlı inkişaf, insan kapitalının inkişafı və sosial inklüzivlik kimi sahələrdə DB Qrupunun davamlı və uzunmüddətli fəaliyyətinə əsaslanan 9 texniki yardım fəaliyyətinə malikdir.

"DB Qrupu hazırda ölkənin strateji məqsəd və prioritetlərinə, və Azərbaycan 2030 baxışına uyğunlaşdırılacaq Azərbaycan üçün yeni Ölkə Tərəfdaşlıq çərçivəsini hazırlamağa başlayır. Biz gözləyirik ki, AZTAF-in uğurla həyata keçirilməsi təkcə əhali üçün dərhal fayda verməyəcək, həm də ölkə proqramımıza daxil ediləcək yeni layihə və təşəbbüslər üçün möhkəm analitik baza və innovasiya mənbəyi yaratmağa kömək edəcək", - deyə DB-nin Azərbaycan üzrə ölkə meneceri Sara Maykl bildirib.

"Bu toplantı AZTAF proqramının icrasını və təsirini müzakirə etmək, hər bir fəaliyyətin təfərrüatları ilə bağlı maraqlı tərəflər və daha geniş ictimaiyyətə məlumat vermək üçün ictimai tədbirlər silsiləsində birincisidir və ölkədə həyata keçirilən digər təşəbbüslərlə güclü sinerji və qarşılıqlı öyrənməni təmin edəcək. "Avropa İttifaqı öz nou-haularını, resurslarını və müqəddəratlarını tədricən birləşdirməyə qərar verən 27 Üzv Ölkədən ibarətdir. Onlar birlikdə 60 ildən artıq genişlənmə dövründə mədəni müxtəlifliyi, tolerantlığı və şəxsi azadlıqları qoruyub saxlamaqla sabitlik, demokratiya və davamlı inkişaf zonası qurmuşlar. Avropa İttifaqı öz nailiyyətlərini və dəyərlərini onun hüdudlarından kənarda olan ölkələr və xalqlarla bölüşməyə sadiqdir", - deyə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR