Azərbaycan “Yaşıl Kart” sisteminə tam üzv seçilib

Azərbaycan “Yaşıl Kart” sisteminə tam üzv seçilib
# 07 iyun 2022 10:43 (UTC +04:00)

İcbari Sığorta Bürosu (İSB) sınaq müddətindən əvvəl Bürolar Şurasının tam hüquqlu üzvü seçilib.

Bu barədə "APA-Economics"ə İSB-dən bildirlib.

Məlumata görə, Bürolar Şurasına üzvlüyün ilk 10 illik müddəti keçici hüquqlu olmaqla tənzimlənir. Büronun fəaliyyətinin dəyərləndirilməsi nəticəsində keçici üzvlük statusu ləğv edilib və İSB 5 il müddətində Bürolar Şurasının həqiqi üzvü seçilib.

Bu barədə qərar Serbiyanın Belqrad şəhərində 02-03 iyun tarixində keçirilmiş Bürolar Şurasının 56-cı Assambleyasında qəbul edilib.

Qeyd edək ki, İSB Milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir. Büro “Yaşıl Kart” sistemi üzrə əlaqələndirici ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.

Bürodan o da bildirilib ki, İSB bu uğura imza atmaqla, keçici üzv olan Bürolardan tələb olunan təminatın 5 milyon manat məbləğinin ölkəmizə geri qaytarılmasına nail olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR