Azərbaycana gətirilən tibbi respiratorlar daha 1 il gömrük rüsumundan azad edilib

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 30 dekabr 2021 13:02 (UTC +04:00)

Azərbaycana gətirilən tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) respiratorlar daha 1 il gömrük rüsumundan azad edilib, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalara tətbiq olunan gömrük rüsumlarının müddəti isə 1 il artırılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Beləliklə, 31 dekabrı 2021-ci il tarixinədək Azərbaycana idxal edilən tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) respiratorlar gömrük rüsumundan azad edilib. Bu müddət 31 dekabr 2022-ci ilə qədər uzadılıb. Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların isə 1 ədədinə 31 dekabrı 2021-ci il tarixinədək 0,03 ABŞ dolları gömrük rüsumu tətbiq olunmalı idi. Bu müddət də 31 dekabr 2022-ci ilə qədər uzadılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR