Azərbaycana xaricdən pul köçürmələri 60%-ə yaxın artıb

Azərbaycana xaricdən pul köçürmələri 60%-ə yaxın artıb
# 31 mart 2023 12:47 (UTC +04:00)

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycana sürətli pul köçürmələri vasitəsi ilə banklara 165 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 40.3 milyon manata bərabər olub.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-fevral aylarına nisbətən Azərbaycana pul köçürmələri 59.7% və ya 61.7 milyon manat artıb, ölkədən xaricə köçürmələr isə 34.2% və ya 20.9 milyon manat azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR