Azərbaycanda bank sektorunun aktivləri 46 mlrd. manata yaxınlaşıb

Azərbaycanda bank sektorunun aktivləri 46 mlrd. manata yaxınlaşıb
# 30 mart 2023 15:34 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın bank sektorunun aktivləri 18,8% artaraq 45 milyard 708,6 milyon manata çatıb.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu dövrdə bankların kredit portfeli 16,2% artaraq 18 milyard 562,6 milyon manata çatıb.

Bank sektorunun öhdəlikləri 39 milyard 972,5 milyon manat (2022-ci ilin eyni dövrünə nisbətən 19,6 % çox), o cümlədən depozit portfeli 32 milyard 560,8 milyon (20,35 % çox) manata çatıb. Əhalinin banklardakı depozitləri 18% artaraq 11 milyard 653,9 milyon manata, şirkətlərin əmanətləri isə 21,6% artaraq 20 milyard 906,9 milyon manata yüksəlib.

Bank sektorunun balans kapitalı isə 5 milyard 736,1 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 13,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR