Azərbaycanda bankların xalis mənfəəti 35% artıb

Azərbaycanda bankların xalis mənfəəti 35% artıb
# 29 noyabr 2022 10:15 (UTC +04:00)

Azərbaycanın bank sektoru bu ilin yanvar-oktyabr aylarında 769,9 milyon manat xalis mənfəət əldə edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 35% çoxdur.

Bu dövrdə bankların əməliyyat gəlirləri 31% artaraq 3 182,7 milyon manata, əməliyyat xərcləri 27,3% artaraq 2 024,4 milyon manata, xüsusi ehtiyatlara ayırmaları 28,2% artaraq 209,8 milyon manata çatıb.

Sektorun gözlənilməz xərcləri 0,5 milyon manat , mənfəət vergisi ödəmələri isə 178 milyon manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR