Azərbaycanda bankların xalis mənfəəti 700 mln. manata yaxınlaşır

Azərbaycanda bankların xalis mənfəəti 700 mln. manata yaxınlaşır
# 24 noyabr 2022 10:37 (UTC +04:00)

Cari ilin 9 ayında əhalinin banklarda əmanəti 27% artaraq 11 milyard manata yaxınlaşıb.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, əhalinin dollarlaşma səviyyəsi qeyd olunan dövrdə 39,2% təşkil edib.

“Bu da ötən dövr ərzində 4,4%, bütövlükdə isə bizim depozit bazamızda olan dollarlaşma əmsalından isə 10 bənd aşağı göstəriciyə çatıb. Bankların balans kapitalı 10% artaraq 5,3 milyard manata çatıb. Bu ilin 9 ayında banklarımızın toplam mənfəəti artıq 1 milyard manata yaxınlaşıb, xalis mənfəəti isə 683 milyon manata çatıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35%-dən artıqdır”, - deyə Z.Nuriyev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR