Azərbaycanda bu bankın mənfəəti 2 dəfədən çox azalıb

Azərbaycanda bu bankın mənfəəti 2 dəfədən çox azalıb
# 25 aprel 2022 14:01 (UTC +04:00)

“AFB Bank” 2022-ci ilin birinci rübü üzrə maliyyə hesabatını açıqlayıb.

APA-Economics” bankın hesabatına istinadən xəbər verir ki, “AFB Bank”ın faiz gəlirləri 18,5% azalaraq 4,244 milyon manata enib, faiz xərcləri isə 34,2% artaraq 561 min manata yüksəlib. Nəticədə, bu ilin yanvar-mart aylarında bankın xalis faiz gəlirləri 23,1% azalaraq 3,682 milyon manat təşkil edib.

Hesabat dövründə, bankın qeyri-faiz gəlirləri 1,941 milyon manat, qeyri-faiz xərcləri 3,602 milyon manata bərabər olub. Bu ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 4,9% çox və 1,2% azdır.

Ümumilikdə, bankın əməliyyat gəlirləri 6,185 milyon manat, əməliyyat xərcləri isə 4,163 milyon manat təşkil edib.

Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 169 min manat ayırıb. Sonda “AFB Bank”ın xalis mənfəəti 1,853 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 2,3 dəfə azdır. Qeyd edək ki, 2021-ci ilin eyni dövründə bank 4,425 milyon manat xalis mənfəət əldə etmişdi.

İlin əvvəli ilə müqayisədə bankın aktivləri 2,9% azalaraq 264,080 milyon manata, öhdəliklərinin ümumi həcmi isə 5,2% azalaraq 180,954 milyon manata enib. Bankın cəmi kapitalı 83,126 milyon manata bərabər olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 2,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR