Azərbaycanda cari əməliyyatlar balansının profisiti 6,3 dəfə artıb

Azərbaycanda cari əməliyyatlar balansının profisiti 6,3 dəfə artıb
# 10 iyun 2022 10:43 (UTC +04:00)

2022-ci ilin I rübü üzrə Azərbaycanda cari əməliyyatlar hesabının profisiti 4 mlrd. dollar və ya ÜDM-in 22.4%-ni təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6,3 dəfə çoxdur. Belə ki, 2021-ci ilin I rübü üzrə bu göstərici 628 mln.dollar olub.

Məlumata görə, neft-qaz sektoru üzrə CƏB-inin profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2.9 dəfə artaraq 5.5 mlrd. dollar, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə 18.2% artaraq 1.5 mlrd. dollar məbləğində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR