Azərbaycanda depozitlərin de-dollarlaşması davam edir

Azərbaycanda depozitlərin de-dollarlaşması davam edir
# 21 dekabr 2021 15:36 (UTC +04:00)

Bu ilin dekabrın 1-nə Azərbaycanda cəmi depozit bazasının həcmi ilin əvvəlindən 13,2% artaraq 26 790,9 mln. manata çatıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu, idiyədək qeydə alınmış cəmi depozit bazasının ən yüksək həcmidir. Aylıq müqayisədə bu depozitlərin həcmi 2,6% artıb.

Qeyd edək ki yerləşdirilmiş depozitlərin 50,99%-i xarici valyutada olub və cəmi depozitlərin bundan aşağı dollarlaşması sonuncu dəfə 2014-cü ilin dekabrında olub (49,89%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR