Azərbaycanda e-ticarətin həcmi yeni rekorda çatıb - QRAFİK

Azərbaycanda e-ticarətin həcmi yeni rekorda çatıb - QRAFİK
# 22 aprel 2022 13:53 (UTC +04:00)

Cari ilin I rübündə Azərbaycan əhalisi tərəfindən bank kartları ilə elektron ticarət (e-ticarət) şəbəkəsində 3,178 mlrd. manat həcmində ödəniş həyata keçirilib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu ötən ilin eyni rübü ilə müqayisədə 2,7 dəfə çoxdur.

Qeyd edək ki, təkcə mart ayında istehlakçılar e-ticarət vasitəsilə 1,242 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirib ki, bu da fevral ayı ilə müqayisədə 22,2%, ötən ilin eyni ayı ilə müqayisədə 2,8 dəfə çoxdur.

Xatırladaq ki, 2021-ci ildə əhali e-ticarət şəbəkəsində 7,208 mlrd. manat həcmində ödənişlər həyata keçirib, bu da 2020-ci illə müqayisədə 86% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR