Azərbaycanda əhalinin gəlirləri 20% artıb

Azərbaycanda əhalinin gəlirləri 20% artıb
# 12 avqust 2022 11:59 (UTC +04:00)

2022-ci ilin yanvar-iyul aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20 faiz artaraq 38 milyard 797,2 milyon manata çatıb.

"APA Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 3859 manatlıq gəlir düşüb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 19,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR