Azərbaycanda əmanətlərin dollarlaşması yenidən artıb

Azərbaycanda əmanətlərin dollarlaşması yenidən artıb
# 22 aprel 2022 12:49 (UTC +04:00)

Bu ilin aprelin 1-nə Azərbaycan əhalisinin (fiziki şəxslərin) ölkə banklarındakı əmanətlərinin həcmi 10,372 mlrd. manat manat təşkil edib ki, bu da illik müqayisədə 27,3% çoxdur.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, əmanətlərin 42,3%-i xarici valyutadadır, bu da aylıq müqayisədə 1,91 faiz bəndi çox olsa da, illik müqayisədə 8,04 faiz bəndi azdır. İlin əvvəlindən əmanətlərinin dollarlaşması 1,29 faiz bəndi artıb.

Xatırladaq ki, bu ilin yanvarın 31-nə əmanətlərin dollarlaşması 39,3%-ə bərabər olub ki, bu da 2013-cü ilin dekabr ayından bəri qeydə alınan ən aşağı səviyyəyə kimi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR