Azərbaycanda əmtəə idxalı artıb

Azərbaycanda əmtəə idxalı artıb
# 27 may 2022 11:33 (UTC +04:00)

2022-ci ilin I rübündə əmtəə idxalında 15.7% artım müşahidə olunub.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankının "Pul siyasəti icmalı"na istinadən xəbər verir ki, dövlət sektoru üzrə əmtəə idxalı 2.1 dəfə artaraq 0.4 mlrd , özəl sektor üzrə 7% artaraq 2.2 mlrd , fiziki şəxslər üzrə isə 7.3% artaraq 0.3 mlrd ABŞ dolları təşkil edib.

Dövr ərzində idxal nəqliyyat vasitələri və onların hissələri üzrə 47.6%, əczaçılıq məhsulları üzrə 44.3%, qara metallar və onlardan hazırlanan məmulatlar üzrə 33.8%, plastmassa və onlardan hazırlanan məmulatlar üzrə 32.9%, mebel üzrə 14.3%, yeyinti məhsulları üzrə 7.3% artsada, maşın və mexanizmlər üzrə 11.2%, gübrələr üzrə 40.6% azalıb.

Qeyd edək ki, idxal olunmuş məhsulların 16.5%-i Türkiyə, 16.3%-i Rusiya, 16.1%-i Çin, 6%-i Qazaxıstan, 4.4%-i Almaniya, 3.9%-i İran, 2.9%-i Ukrayna kimi ölkələrin payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR