Azərbaycanda ən çox hansı bankların xidmətlərindən istifadə edildiyi açıqlanıb

Azərbaycanda ən çox hansı bankların xidmətlərindən istifadə edildiyi açıqlanıb
# 14 may 2022 13:55 (UTC +04:00)

Azərbaycanda xidmətlərindən ən çox istifadə edilən banklar məlum olub.

"APA-Economics" xəbər verir ki, Media Təhlil Mərkəzi (MTM) vətəndaşlar arasında bank xidmətləri ilə bağlı sorğu keçirib. Sorğuda iştirak edən bir neçə seçim imkanı olan 1500 respondentin (64%-ni qadınlar, 36%-ni kişilər) böyük hissəsi "Kapital Bank", "Xalq Bank" və "Azərbaycan Beynəlxalq Bankı"nı qeyd edib. Ən aşağı göstərici isə "Günay Bank", "Muğanbank", "AFB Bank" və "ASB Bank"la bağlı olub.

Kapital Bank – 53%;
Xalq Bank – 50%;
Azərbaycan Beynəlxalq Bankı – 49%;
Unibank – 24%;
Rabitəbank – 9%;
Azər Türk Bank – 9%;
PAŞA Bank – 8%;
Bank of Baku – 7%;
Bank Respublika – 6%;
ExpressBank – 5%;
Yelo Bank – 5%;
AccesBank – 5%;
Yapı Kredi Bank Azərbaycan – 1,3%;
Bank VTB – 1%;
Premium Bank – 0,7%;
Ziraat Bank – 0,7%;
Günay Bank – 0,5%;
Muğanbank – 0,5%;
AFB Bank – 0,5%;
ASB Bank – 0,3%.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR