Azərbaycanda ən gəlirli və ən zərərli sığorta növləri məlum olub - ARAŞDIRMA

Azərbaycanda ən gəlirli və ən zərərli sığorta növləri məlum olub - ARAŞDIRMA
# 05 dekabr 2022 14:44 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin yanvar-oktyabr ayları üzrə sığorta bazarının maliyyə göstəricilərini açıqlayıb.

"APA-Economics"in araşdırmasına əsasən, sığorta şirkətləri üçün ən zərərli sığorta növü (digər icbari sığorta növləri çıxılmaq şərtilə) avtomobillərin icbari sığortası (NVSMMİS) olub. Bu növ üzrə ödəniş-yığım nisbəti 82,9% təşkil edib. Bu dövrdə ən gəlirli sığorta növü isə hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası olub. Bu sığorta növü üzrə 6,6 milyon manatdan çox sığorta haqqı toplanılsa da, bu ilin ötən on ayında hər hansı bir ödəniş edilməyib. Ümumilikdə isə 31 sığorta növündən 8-i üzrə sığorta haqqı toplanılsa da ödəniş olmayıb. Digər sığorta növləri üzrə göstəricilər aşağıdakı kimidir:

Sığorta növü

Sığorta yığımı

(min AZN)

Sığorta ödənişi

Ö/Y nisbəti

Digər icbari sığorta növləri

22,0

681,5

3091,43%

İcbari avtosığorta (ANSMMİS)

91 073,3

75 539,9

82,94%

Tibbi sığorta

95 764,1

61 716,1

64,45%

Həyatın yaşam sığortası

327 112,1

197 402,2

60,35%

Avtonəqliyyat vasitələrinin sığortası

34 670,7

13 970,1

40,29%

Kənd təsərrüfatı heyvanlarının sığortası

2 732,9

775,7

28,38%

Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası

5 539,2

718,4

12,97%

Həyatın ölüm halından sığortası

21 963,0

2 112,5

9,62%

Su nəqliyyat vasitələrinin sığortası

5 388,7

485,3

9,01%

Fərdi qəza və xəstəlik sığortası

2 757,9

196,0

7,11%

Xaricə səfər edən vətəndaşların sığortası

4 374,3

306,6

7,01%

Sağalmaz xəstəliklərdən sığorta

1 158,5

60,2

5,20%

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta

58 128,9

2 864,8

4,93%

Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

1 410,9

54,1

3,83%

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası

792,0

28,5

3,60%

Əmək qabiliyyətinin sığortası

1 204,7

32,3

2,68%

Əmlakın yanğından və digər risklərdən sığortası

51 131,1

1 263,6

2,47%

Daşınmaz əmlakın icbari sığortası

45 688,3

963,2

2,11%

Yüklərin (nəqliyyat) sığortası

4 566,0

33,7

0,74%

Ümumi mülki məsuliyyətin sığortası

10 621,1

34,4

0,32%

Hava nəqliyyatı vasitələrinin sığortası

21 275,9

57,8

0,27%

Kreditlərin sığortası

1 152,8

0,1

0,01%

Dəmiryol nəqliyyatı vasitələrinin sığortası

72,5

0,0

0,00%

Əmlakın sığortası ilə bağlı digər siniflər, o cümlədən:

261,4

0,0

0,00%

İşçilərin dələduzluğu sığortası

261,4

0,0

0,00%

Hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

6 627,2

0,0

0,00%

Peşə məsuliyyətinin sığortası

822,9

0,0

0,00%

İşəgötürənin məsuliyyət sığortası

706,0

0,0

0,00%

Yük daşıyanın mülki məsuliyyətinin sığortası

0,9

0,0

0,00%

Su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

120,6

0,0

0,00%

İşin dayanması ilə bağlı risklərdən sığorta

417,4

0,0

0,00%

Sərnişinlərin icbari fərdi qəza sığortası

67,6

0,0

0,00%

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR