Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin yanvar-oktyabr ayları üzrə sığorta bazarının maliyyə göstəricilərini açıqlayıb.
"APA-Economics"in araşdırmasına əsasən, sığorta şirkətləri üçün ən zərərli sığorta növü (digər icbari sığorta növləri çıxılmaq şərtilə) avtomobillərin icbari sığortası (NVSMMİS) olub. Bu növ üzrə ödəniş-yığım nisbəti 82,9% təşkil edib. Bu dövrdə ən gəlirli sığorta növü isə hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası olub. Bu sığorta növü üzrə 6,6 milyon manatdan çox sığorta haqqı toplanılsa da, bu ilin ötən on ayında hər hansı bir ödəniş edilməyib. Ümumilikdə isə 31 sığorta növündən 8-i üzrə sığorta haqqı toplanılsa da ödəniş olmayıb. Digər sığorta növləri üzrə göstəricilər aşağıdakı kimidir:
Sığorta növü |
Sığorta yığımı (min AZN) |
Sığorta ödənişi |
Ö/Y nisbəti |
Digər icbari sığorta növləri |
22,0 |
681,5 |
3091,43% |
İcbari avtosığorta (ANSMMİS) |
91 073,3 |
75 539,9 |
82,94% |
Tibbi sığorta |
95 764,1 |
61 716,1 |
64,45% |
Həyatın yaşam sığortası |
327 112,1 |
197 402,2 |
60,35% |
Avtonəqliyyat vasitələrinin sığortası |
34 670,7 |
13 970,1 |
40,29% |
Kənd təsərrüfatı heyvanlarının sığortası |
2 732,9 |
775,7 |
28,38% |
Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası |
5 539,2 |
718,4 |
12,97% |
Həyatın ölüm halından sığortası |
21 963,0 |
2 112,5 |
9,62% |
Su nəqliyyat vasitələrinin sığortası |
5 388,7 |
485,3 |
9,01% |
Fərdi qəza və xəstəlik sığortası |
2 757,9 |
196,0 |
7,11% |
Xaricə səfər edən vətəndaşların sığortası |
4 374,3 |
306,6 |
7,01% |
Sağalmaz xəstəliklərdən sığorta |
1 158,5 |
60,2 |
5,20% |
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta |
58 128,9 |
2 864,8 |
4,93% |
Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası |
1 410,9 |
54,1 |
3,83% |
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası |
792,0 |
28,5 |
3,60% |
Əmək qabiliyyətinin sığortası |
1 204,7 |
32,3 |
2,68% |
Əmlakın yanğından və digər risklərdən sığortası |
51 131,1 |
1 263,6 |
2,47% |
Daşınmaz əmlakın icbari sığortası |
45 688,3 |
963,2 |
2,11% |
Yüklərin (nəqliyyat) sığortası |
4 566,0 |
33,7 |
0,74% |
Ümumi mülki məsuliyyətin sığortası |
10 621,1 |
34,4 |
0,32% |
Hava nəqliyyatı vasitələrinin sığortası |
21 275,9 |
57,8 |
0,27% |
Kreditlərin sığortası |
1 152,8 |
0,1 |
0,01% |
Dəmiryol nəqliyyatı vasitələrinin sığortası |
72,5 |
0,0 |
0,00% |
Əmlakın sığortası ilə bağlı digər siniflər, o cümlədən: |
261,4 |
0,0 |
0,00% |
İşçilərin dələduzluğu sığortası |
261,4 |
0,0 |
0,00% |
Hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası |
6 627,2 |
0,0 |
0,00% |
Peşə məsuliyyətinin sığortası |
822,9 |
0,0 |
0,00% |
İşəgötürənin məsuliyyət sığortası |
706,0 |
0,0 |
0,00% |
Yük daşıyanın mülki məsuliyyətinin sığortası |
0,9 |
0,0 |
0,00% |
Su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası |
120,6 |
0,0 |
0,00% |
İşin dayanması ilə bağlı risklərdən sığorta |
417,4 |
0,0 |
0,00% |
Sərnişinlərin icbari fərdi qəza sığortası |
67,6 |
0,0 |
0,00% |