Azərbaycanda ən ucuz və ən baha istehlak kreditləri verən banklar - ARAŞDIRMA

Azərbaycanda ən ucuz və ən baha istehlak kreditləri verən banklar -  ARAŞDIRMA
# 07 iyun 2022 17:07 (UTC +04:00)

Müharibə və pandemiya şəraitindən sonra insanlar xərclərinə qənaət etməyə və müəyyən dərəcədə əlavə xərcləri azaltmağa başladılar. Hazırda müəyyən şərtlərlə kredit əldə etmək asanlaşıb və artıq insanlar banka üz tutaraq kreditə müraciət edirlər. Bu, ölkə üzrə verilən istehlak kreditlərinin həcmində də özünü göstərir. Belə ki, bu ilin yanvar-aprel ayları üzrə verilən istehlak kreditlərinin həcmi 8,8% artaraq 4,9 milyard manata çatıb. Azərbaycan Mərkəzi Bankının hesabatına görə, ümumi kredit portfelinin artımının 35%-i istehlak kreditləri ilə bağlıdır. Yəni, istehlak kreditlərinə hazırda tələb və maraq böyükdür.

APA-Economics” bunu nəzərə alaraq, Azərbaycan banklarının istehlak kreditləri üzrə təkliflərini araşdırmağa çalışıb. Bankların açıqladığı məlumatlara əsasən, hazırda ən aşağı tarif 12% göstərilir. Komissiya xərclərini nəzərə alsaq, hazırda ən aşağı tarifi “Xalq Bank” tətbiq edir -12,7%. Amma bu, yalnız əmək haqqı kartı “Xalq Bank”dan olan müştərilərə aiddir.

“Rabitəbank” komissiya ilə birgə istehlak kreditini bir il müddətinə 13%-lə, “Azər-Türk Bank” 13,5%-lə təklif edir. “Yelo Bank” isə istehlak kreditləri üzrə tarifi 12% göstərsə də, 2%-dək komissiya tətbiq edir.

Bir il müddətinə ən yüksək faizlə istehlak kreditini isə “Premium Bank” təklif edir - komissiya daxil 26%. “PAŞA Bank”dan isə tətbiq edilən tarif 25%-dir. Bundan əlavə, fərdi qayda da komissiya müəyyən edilir.

Ən aşağı kredit məbləği 200 manatdan (“Rabitəbank” təklif edir) başlayır. Ən yüksək məbləğdə istehlak kreditini isə “Ziraat Bank” təklif edir - 250 min manat.

“Günay Bank” istehlak kreditini yalnız əmək haqqını həmin bankdan alan müştərilərə, “PAŞA Bank” isə yalnız əmək haqqı kartı olanlara verir.

“Yapı Kredi Bank” əmək haqqı 250 manatdan, “Access Bank” və “Yelo Bank” 350 manatdan yuxarı olanlara kredit ayırır. “Bank Melli İran” isə istehlak kreditini dövlət işçilərinə 17%-lə, digər sahədə çalışanlara isə 19%-lə təklif edir.

Qeyd edək ki, Azərbaycan Bankları arasında hazırda yalnız “Muğan Bank” ötən ildən etibarən istehlak krediti verilişini dayandırıb. Pakistan Milli Bankının Bakı filialı isə bağlanmaq üzrə olduğu üçün bütün əməliyyatları dayandırıb.

Bank

Faiz

Məbləğ

(AZN)

Müddət

Komissiya

Tələblər

“ACCSESS BANK” ASC

14-27%

10 min

4 il

1%

Əmək haqqı 350 AZN+

“AZƏRBAYCAN BEYNƏLXALQ BANK” ASC

14%

2 min

6 ay

1%

“AZƏRBAYCAN SƏNAYƏ BANK” ASC

18%

500

3 il

1%

zaminli

21%

zaminsiz

“AZƏR-TÜRK BANK” ASC

13%

300-30 min

1il

0.5%

14%

2 il

0.75%

15%

3 il

1%

16%

4 il

2%

“AVRASİYA BANK” ASC

18%

Fərdi baxılır

1 il

Fərdi baxılır

19%

2 il

20%

3 il

“BANK OF BAKU”

ASC

14-30%

İş yerinə görə dəyişir

5 il

5%-dək

“BANK RESPUBLİKA” ASC

14% (Online)

Fərdi baxılır

4 il

0%

15%

1%

“PREMİUM BANK” ASC

25%

Fərdi baxılır

6-24 ay

1%

“GÜNAYBANK” ASC

-

-

500 AZN+ (Əmək haqqı kartı “Günay Bank”dan olanlara)

“YELOBANK” ASC

12%

300- 30 min

48 ay

0-2%

Əmək haqqı 350 AZN+

“RABİTƏ BANK” ASC

14%

200-30 min

1 il

0%

3 il

0.5%

4 il

1,5%

13%

1 il

0,5%

3il

2,5%

4 il

3,5%

12%

1 il

1%

4 il

4,5%

“UNİBANK” ASC

16%

300-20 min

5 il

1-5%

“MUĞAN BANK”

1 ildir ki, istehlak krediti vermir.

“TURANBANK” ASC

14,7%

500

2 il

0-3%

“XALQBANK” ASC

12%

5 -20 min

1-4 il

0,7%

Əmək haqqı kartı “Xalq Bank”dan olanlara

16%

Digər bankdan olanlara

BANK “VTB” ASC

14.5%

30 min

6-60 aya

1.5%

BANK “AFB” ASC

17%

30 min

1 il

0%

2 il

1%

“ZİRAAT BANK” ASC

16%

250 min

36 ayadək

1%

1500 AZN+ (Zaminin gəliri 1500+)

“NAXÇIVAN BANK” ASC

14%

25 min

1 il

0.9%

15%

2 il

16%

3 il

17%

4 il

“YAPI KREDİ BANK” ASC

13%

5 il

1.65%

250 AZN+

“PAŞA BANK” ASC

16-25%

1 il

Fərdi

Əmək haqqı kartla olanlara

18-26%

2 il

20-27%

3 il

24-28%

4 il

“MELLİ İRAN BANK” BAKI filialı

17%

17 min

3 il

1% + 10 AZN

Dövlət işçilərinə (zaminli)

19%

17 min +

Digər işçilər (ev girovu ilə)

“EKSPRES BANK”

14%

30 min

36 ay

0%

36 aydan çox

1%

BANK “ VTB”

18%

Əmək haqqının 10 misli

48ay

1%

Kapital Bank

15%

30 min

60 ay

1%

Arzu Rövşən

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR