Azərbaycanda hansı banklar daha çox “cashback” təklif edir? - ARAŞDIRMA

Azərbaycanda hansı banklar daha çox “cashback” təklif edir? - ARAŞDIRMA
# 30 iyun 2022 11:00 (UTC +04:00)

Son zamanlar Azərbaycanda banklar müxtəlif kart məhsullarından istifadəni genişləndirmək üçün stimullaşdırıcı addımları artırıblar. Bunlardan biri də müxtəlif xidmətlərdən istifadə edərkən nağdsız ödəniş edən müştərilərə təklif edilən “cashback”lərdir. Yəni, alış-veriş zamanı ödəniş bank kartı ilə həyata keçirilirsə, bank xərclənilən vəsaitin bir hissəsini yenidən istifadəçisinin hesabına qaytarır.

"APA-Economics” mövzunun aktuallığını nəzərə alaraq bankların “cashback” üzrə təkliflərini və bu təkliflərin əhatə etdiyi xidmətləri araşdırmağa çalışıb.

Məlum olub ki, hazırda Azərbaycan banklarından yalnız 12-si müştərilərinə “cashback” təklif edir. Bankların “cashback” üzrə təklifləri isə 0,5-55% arasında dəyişir. Ən aşağı faizlə (0,5%) “cashback” təklif edən bank “PAŞA Bank”dır. Bank yalnız əmək haqqı kartı olanlara bu fürsəti yaradır. Ən yüksək faizlə “cashback” təklif edən bank isə “Bank Respublika”dır (55%).

Araşdırma zamanı məlum oldu ki, ən yüksək faizlə “cashback” təklifləri əsasən stomatoloji xidmətlərlə bağlıdır - 50-55%. Bəzi banklar gül, hədiyyə və restoran xidmətlərinə görə 20-35% həcmində “cashback” hesablayır.

Digər xidmətlər üzrə bankların “cashback” təklifləri isə 1-20% arasında dəyişir.

Hazırda Azərbaycan banklarının “cashback” üzrə təklifləri daha ətraflı aşağıdakı kimidir:

Bankın adı

Kartlar

Xidmətlər

“Kəşbək” faizləri

Maksimal təklif

“Access Bank”

Mycard standart

My card premium

Mycard lux

Mycard junior

Restoran -kafe,

3-12%

30%- “Alva jewellery” aksessuarı

Supermarketlər

2-5%

Tibb müəssisələri

7%

Avtoservis, şirniyyat evləri

3%

“Azərbaycan Beynəlxalq Bankı”

Qayğı cash klubu

Ayaqqabı mağazası

1%

20%- “David walker” Parfümeriya və kosmetika

Geyim mağazaları

2-10%

Məişət avadanlığı və elektronika

1-5%

Oyuncaq mağazası

5%

Parfümeriya və kosmetika

1-20%

Avtoservis

1-5%

Şirniyat mağazaları

Restoranlar

5-10%

“UniBank”

UniBankın bütün debet və kredit kartları (digital kart istisna)

Geyim və aksessuarlar

2-10%

33%

Avto ehtiyyat hissələri

1-3%

Yanacaqdoldurma məntəqələri

3-5%

Səhiyyə və tibb

3-8%

Məişət texnikası və kompüter

2-7%

Parfümeriya və kosmetika

2-8%

Restoranlar

3-10%

“Kapital Bank”

Bir bank

Falcon Luxury Travel, Az Dizayn Group

1.5%

5%- geyim mağazası və restoran

Elektronika, uşaq mağazası,

2%

Stomatoliji klinika, restoran

3%

“Paşa Bank”

Yalnız əmək haqqı kartına

0.5%

-

“Rabitə Bank”

Kartmane

Digər yerlər

2%

50% - stomatoloji klinika “Dental Group”

Bütün kafe və restoranlar

Supermarketlər

5%

Bütün yanacaq doldurma məntəqəsi

10%

“Turan Bank”

Bütün plastik kartlar

İnşaat tikinti mağazaları

2%

18%- stomatoloji klinika “Milana Medical MMC”

Kitab və dəftər mağazası

14%

Kosmetika və parfümeriya

10%

Telefon aksesuarlarının satışı

5-12%

Marketlər

0.8-2%

Aptek

15%

Klinikalar

5-18%

Kafe və restoranlar

4-15%

Hotel

5-9%

“Premium Bank”

Bütün kartlar

Kafe və restoranlar

1-7%

14%- “Burada guest house”

Gözəllik və sağlamlıq

3.5-7%

“Azər-Türk Bank”

Bütün kartlar

Kafe və restoranlar

2-15%

30% -gül mağazaları

Aksesuarlar

5-10%

Gül mağazaları

1-30%

Avtomobil servis xidməti

1-5%

“Express Bank”

Expresso kart

Kafe və restoran

3-30%

30%- kafe və restoranlar

Avtoservis

5-10%

Marketlər

1%

Geyim mağazaları

2-10%

Aksesuar və zinyət əşyaları

5-10%

“Bank Respublika”

Neo Qalaktika

Kafe və restoranlar

2.5-30%

55%- stomatoloji klinika “Dental Group”

Otellər

5-15

Güllər və hədiyyələr

2.5-35%

Məişət texnikası və mebellər

2.5-5%

Avtoservis

2.5 -10%

Parfümeriyalar

2.5-5%

Neokart Standart

Restoranlar, yanacaqdoldurma məntəqəsi, mağazalar

Hər yerdə kəşbəklərə çevirə bilərsiz.

Neokart Premium

Restoran, yanacaqdoldurma məntəqəsi, mağazalar

Hər yerdə kəşbəklərə çevirə bilərsiz.

“Yelo Bank”

Bütün kartlar

Restoran və kafelər

2-20%

Bankın partnyor şəbəkəsində ən yüksək cashback-i "Eyzamoğlu" verir - 25% cashback. Partnyor cashbacki ilə yanaşı, kartın özünün də bütün ödənişlərdən və seçilmiş kateqoriyadan yüksək cashback qazandıran xüsusiyyəti var. Belə ki, seçilmiş kateqoriyalardan biri restorandırsa, o zaman Yelo Light kartı ilə bütün ölkədaxili restoranlardan 4%, Premiumla isə 5% cashback qazanırsınız, partnyor restoranların verdiyi cashback isə onun üzərinə əlavə olaraq gəlir.

Geyim mağazaları, aksessuarlar

1-10%

Apteklər və optika

2.5-15%

Avtoservis

1.5-10

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR