Azərbaycanda hansı banklar lombard krediti verir? - ARAŞDIRMA

Azərbaycanda hansı banklar lombard krediti verir? - ARAŞDIRMA
# 13 iyun 2022 16:50 (UTC +04:00)

Azərbaycanda lombard təşkilatları ilə yanaşı, banklar da müştərilərinə girov müqabilində lombard krediti təklif edir.

"APA-Economics" bankların lombard krediti ilə bağlı təkliflərini araşdırıb. Məlum olub ki, hazırda Azərbaycanda fəaliyyət göstərən 25 bankdan yalnız 9-u lombard krediti verir.

Bankların lombard kreditləri üzrə təklifləri komissiya xərci əlavə olunmaqla 20-30% arasında dəyişir. Ən aşağı faizlə lombard kreditini “Bank Avrasiya” (19%+1%), ən yüksək faizlə lombard kreditini isə “Expressbank” (29%+1%) təklif edir. Banklar bu kredit üzrə standart olaraq 1% komissiya xərci hesablayır. Təklif edilən kreditin həcmi isə 300-30 min manat arasında dəyişir. Kreditin müddəti isə 1-48 ay təşkil edir. Azərbaycanda bankların lombard krediti üzrə təklifləri daha ətraflı aşağıdakı kimidir:

Banklar

Faiz dərəcəsi

Müddət (ay)

Məbləğ(AZN)

Komissiya

Tələblər

“RABİTƏ BANK”

26%

3-36

300-20.000

1%

Təkrar müştərilər üçün 1% endirim olur

“BANK RESPUBLİKA”

26%

6-36

300-30.000

1%

Zamin tələb olunmur

“TURAN BANK”

20%

1-36

300- fərdi baxılır

1%

BANK “BTB”

23%

1-36

300-20.000

1%

“AVRASİYA BANK”

19%

48

20.000

0.8%

“MUĞAN BANK”

24%

3-48

300- fərdi baxılır

1%

“MELLİ İRAN BANK” Bakı filialı

22%

1-36

Qızıl-zinyət əşyasına görə dəyişir- 10000

1%

36-60 ay olanda

Faizi kredit komitəsi müəyyən edir.

“BANK OF BAKU”

26%

3-36

300- 20.000

1%

“EKSPRESS BANK”

22-29%

36

750- 20.000

1%

750 ə. qramı 74 AZN-dən

583-585 ə. qramı 57 AZN-dən

Azərbaycanda

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR