Azərbaycanda həyat və qeyri-həyat sığorta yığımları artıb

Azərbaycanda həyat və qeyri-həyat sığorta yığımları artıb
# 27 mart 2023 16:08 (UTC +04:00)

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 69 mln. 634,5 min manat, qeyri-həyat sığortası növlərinin hesabına isə 101 mln. 792,9 min manat sığorta haqqı toplanılıb.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həyat sığortası üzrə yığımlar 35.6% və ya 18 mln. 274 min manat, qeyri-həyat sığortası üzrə yığımlar isə 11% və ya 10 mln. 16 min manat artıb.

Qeyd edək ki, hesabat dövründə həyat sığorta növləri üzrə ödənişlərin məbləği 3.7 dəfə artaraq 37 mln. 517,2 min manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlərin həcmi isə 4.2% artaraq 15 mln. 73.8 min manata bərabər olub.

Beləliklə, cari ilin yanvar-fevral aylarında həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 53.9 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin yanvar-fevral aylarında 19.5 manata bərabər olub. Bu ilin yanvar-fevral aylarında qeyri-həyat sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 14.8 manat təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövründə 15.8 manata bərabər idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR