Azərbaycanda həyat və qeyri-həyat sığortası üzrə yığımlar artıb

Azərbaycanda həyat və qeyri-həyat sığortası üzrə yığımlar artıb
# 22 sentyabr 2023 13:40 (UTC +04:00)

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 377 milyon 361 min manat, qeyri-həyat sığortası növlərinin hesabına isə 241 milyon 559,7 min manat sığorta haqqı toplanılıb.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həyat sığortası üzrə yığımlar 33.4% və ya 94 milyon 573 min manat, qeyri-həyat sığortası üzrə yığımlar isə 14.5% və ya 30 milyon 660 min manat artıb.

Qeyd edək ki, hesabat dövründə həyat sığorta növləri üzrə ödənişlərin məbləği 23.6% artaraq 194 milyon 491 min manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlərin həcmi isə 26.5% artaraq 79 milyon 647 min manata bərabər olub.

Beləliklə, cari ilin yanvar-avqust aylarında həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 51.5 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin yanvar-avqust aylarında 55.6 manata bərabər olub. Bu ilin ilk 8 ayında qeyri-həyat sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 33 manat təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövründə 29.8 manata bərabər idi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR