Azərbaycanda inflyasiya 13,7% təşkil edib

Azərbaycanda inflyasiya 13,7% təşkil edib
# 11 noyabr 2022 12:20 (UTC +04:00)

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda inflyasiya 13,7% təşkil edib.

"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 113,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,4 %, qeyri-ərzaq məhsulları üzrə 107,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 % təşkil edib.

Bildirilib ki, oktyabr ayında inflyasiya əvvəlki aya nisbətən 1,6 %, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 15,6 % təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR