Azərbaycanda investisiya şirkəti BOKT-da payçı olub

Azərbaycanda investisiya şirkəti BOKT-da payçı olub
# 28 iyul 2022 11:44 (UTC +04:00)

“Azfinance İnvestisiya Şirkəti” QSC “Optimal Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-də payçı olub.

"APA-Economics" şirkətə istinadən xəbər verir ki, “Azfinance İnvestisiya Şirkəti” BOKT-un nizamnanmə kapitalına 700 min manat sərmayə yatırıb. İnvestisiya şirkəti bunun müqabilində BOKT-nin paylarının 70%-na sahib olub.

Xatırladaq ki, “Optimal Finance" 2020-ci ilin noyabr ayında yaradılıb. Bu ilin may ayında BOKT-un yeganə təsisçisi Elçin Əsgərli payının 30%-ni Fərid Eynullayev, 20%-ni isə Yusif İbrahimova satmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR