Azərbaycanda İnvestisiya Şirkəti ötən il cəmi 22 manat gəlir əldə edib - HESABAT

Azərbaycanda İnvestisiya Şirkəti ötən il cəmi 22 manat gəlir əldə edib  - HESABAT
# 06 iyun 2023 11:29 (UTC +04:00)

“MFX Trading İnvestisiya Şirkəti” 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” investisiya şirkətinin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “MFX Trading İnvestisiya Şirkəti” 304 min 120 manat zərər edib. 2021-ci ildə şirkət 217 min 770 manat zərər açıqlamışdı.

Hesabat dövründə investisiya şirkəti cəmi 22 manat gəlir əldə edib. 2021-ci ildə şirkətin ümumi gəlirləri 21 min 552 manata bərabər idi. Ötən il şirkətin ümumi və inzibati xərcləri isə 304 min 142 manat təşkil etdiyindən, təşkilat 304 min 120 manat əməliyyat zərəri ilə üzləşib.

Ötən il investisiya şirkəti kiçilib. Belə ki, “MFX Trading İnvestisiya Şirkəti” cəmi aktivləri 23% və ya 115.4 min manat azalaraq 387 min 763 manat təşkil edib.

2023-cü ilin yanvar ayının 1-nə şirkətin cəmi kapitalı 194 min 684 manat olub ki, bu da illik müqayisədə 2.6 dəfə azdır.

Qeyd edək ki, şirkətin 304 min 120 manat olan zərəri nizamnamə kapitalı hesabına ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR