Azərbaycanda istehlak qiymətləri indeksi 14% artıb

Azərbaycanda istehlak qiymətləri indeksi 14% artıb
# 14 mart 2023 15:30 (UTC +04:00)

2023-cü ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-fevral aylarına nisbətən 113,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,3%, qeyri-ərzaq məhsulları üzrə 112,2%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,6 faiz təşkil edib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5%, əvvəlki ilin fevral ayına nisbətən 114,1% təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8%, əvvəlki ilin fevral ayına nisbətən 117,1% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR