Azərbaycanda kapital bazarları növbəti beş ildə bir neçə dəfə artacaq

Azərbaycanda kapital bazarları növbəti beş ildə bir neçə dəfə artacaq
# 16 noyabr 2022 13:41 (UTC +04:00)

Azərbaycanda növbəti 5 il ərzində ilkin istiqraz bazarı 1-2 dəfə, təkrar istiqraz bazarı isə 6-8 dəfə böyüyə bilər.

"APA-Economics" xəbər verir ki, bunu "Paşa Kapital" İnvestisiya Şirkətinin direktor müavini Ruslan Xəlilov Bakıda keçirilən 3-cü Maliyyə və İnvestisiya Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu artımlar ilkin korporativ istiqraz bazarında 45-65 dəfəlik artıma səbəb olacaq: "Belə ki, ilkin istiqraz bazarı 2021-ci ildə 6,8 milyard manat olub, 2026-cı ildə isə 8-12 milyard manat olacağı proqnozlaşdırılır, təkrar istiqraz bazarı isə 2021-ci ildə 1,2 milyard manat olub, 2026-cı ildə isə 7,5-14,5 milyard manat olması proqnozlaşdırılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR